Maide.az

İmam Əlinin (ə) hərəmi qara bayraqlara bürünüb - FOTO

Nəcəfdəki İmam Əlinin (ə) hərəmi Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatı və ikinci imam Həsən ibni Əlinin (ə) şəhid edilməsinin ildönümü münasibətilə qara bayraqlara bürünüb.    Maide.Az  xəbər verir ki, hərəmin xadimləri naxış idarəsinin işçiləri hazırladıqları 50-dən çox kiçik və böyük matəm bayraqları qızıl qübbənin divarlarından asıblar.   Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələrindən Peyğəmbərin (s) vəfatı əzadarlığını Həzrəti İmam Əlinin (ə) hərəmində keçirmək üçün Nəcəf şəhərinə axışır.