İmam Əlinin (ə) hərəmi Xanım Zəhranın (s.ə) mövludu öncəsi - FOTO
İraqın Nəcəf şəhərində yerləşən İmam Əlinin (ə) hərəmi Əziz Rəsulallahın (s) qızı Həzrət Fatimeyi Zəhranın (s.ə) mübarək mövludu münasibətilə bəzədilib. Maide.Az "imamali-a.com" saytına istinadən xəbər verir ki, İmam Əlinin (ə) hərəmi bu ilin fevral yaının 15-nə təsadüf edən mövlud tədbiri üçün geniş hazırlıqlara başlayıb. Belə ki, daxili hissələri və dəhlizləri yüzlərlə qızılgül çələngləri ilә bəzədilib və müxtəlif rəngli, eləcə də Xanım Fatimeyi-Zəhranın (ə) adı yazılmış bayraqlar asılıb.