İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s.ə) səhninin açılışı olacaq– FOTO
İmam Əlinin (ə) hərəmində Həzrət Zəhra (s.ə) adına olan səhnin açılışı olcaq. Maide.Az xəbər verir ki, 32 min kvadrat metr ərazisi olan yeni səhn 4 təbəqədir və 3 təbəqəsi ziyarət və ibadət üçün nəzərdə tutulub və yaxın günlərdə bu 3 təbəqənin açılışı olacaq. Ümumilikdə səhninin tikintisində 95 faiz işlər tamamlanıb. Həzrət Zəhra (s.ə) adına olan səhndə kitabxana, qonaq otaqları, tibb ocağı və idarələr də yerləşir.