Maide.az

İmam Əlinin (ə) hərəmi qara bayraqlara bürünüb - FOTO

Nəcəfdəki İmam Əlinin (ə) hərəmi Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatı və ikinci imam Həsən ibni Əlinin (ə) şəhid edilməsinin ildönümü münasibətilə qara bayraqlara bürünüb.    Maide.Az  xəbər verir ki, Hicri-Qəməri tarixi ilə səfər ayının 28-i (17 noyabr) Məhəmməd Peyğəmbərin (s) vəfatı və ikinci imam Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür.    Əhli-beyt (ə) ardıcılları İraqın müxtəlif bölgələrindən Peyğəmbərin (s) vəfatı əzadarlığını Həzrəti İmam Əlinin (ə) hərəmində keçirmək üçün Nəcəf şəhərinə axışır.