İmam Əliyə (ə) nisbət verilən kitab çap olunacaq
İmam Əli (ə) ziyarətgahı İmam Əliyə (ə) nisbət verilən kitabın çap edilməsi üçün xüsusi komitə yaradıb. Maide.az xəbər verir ki, İmam Əli (ə) mirasının tanıtdırılması məqsədi ilə bu kitab nəşr olunacaq. Xüsusi komitə İmam Əliyə (ə) mənsub əlyazmasını akademik, elmi və tətbiqi araşdırmasına başlayıb. Komitə üzvləri İran, Pakistan və Bağdan Universitetinin ekspertləri ilə birgə iş aparır.