Malta II Beynəlxalq memarlıq və İslam irsi konfransına ev sahibliyi edir
II Beynəlxalq memarlıq və İslam irsi konfransı yanvarın 18-20-də Avropanın cənubunda yerləşən Maltada keçiriləcək. Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, konfransda islam irsi sənətinin və arxitekturasının dünyadakı əhəmiyyəti və fərqli bölgələrdəki təsiri haqqında müzakirələr aparılacaq. Müzakirələrdə İslam ölkələrində məscidlər, qalalar, evlər, günbəzlər, bağlar eləcə də, körpülər , anbarlar, suvarma sistemləri kimi mühəndislik sənəti haqqında da danışılacaq. Məlumatda bildirilir ki, İslam ölkələrində ənənəvi və şəhər memarlıq sənətləri yeni şəhər salındığına görə itmək üzrədir. Nəticədə bir çox islam bölgələri öz mədəni irsini itirir. Konfrans islam memarlıq və şəhər planlaşmasına dönüş məqsədi ilə təşkil edilir. I Konfrans keçən ilin may ayında İspaniyanın Valensiya şəhərində keçirilmişdir.