Maide.az

Malayziya İslam partiyasının ruhani lideri ödünyasını dəyişib

Malayziyanın İslam partiyasının ruhani lideri Harun Din 76 yaşında Stanford universiteti xəstəxanasında həyatını itirib.   Maide.Az xəbər verir ki, O, ABŞ-ın Kaliforniya ştatında yerləşən müsəlman qəbiristanlığına dəfn edilib.   Malaziya İslam partiyası (PAS)1951-ci ildə Malayziyanın İslami əsaslarla idarə olunmasını istəyənlər tərəfindən yaradılıb.   Sekulyar dövlətlər layihəsinə qarşı çıxan PAS, 1959-cu uildə  ilk dəfə iştirak etdiyi  Kelantan və Terengganu əyalətlərində seçkiləri qazanıb və şəriət qanunlarını tətbiq etməyə başlayıb. Partiya əvvəllər ölkə rəhbərliyində də koalisiya ortağı olub.