Malayziyada daşqınlar 11 mindən çox insanı evlərindən didərgin salıb
Malayziyanın şimalındakı Terengganu və Kelantan əyalətlərində, güclü yağışlar səbəbindən baş vrən sel və daşqınlar nəticəsində 11 min 443 adam evlərindən didərgin düşüb. Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Malayziyada son bir neçə gündür yağan güclü yağışlar nəticəsində Terengganuda baş verən daşqınlardan sonra bölgədən təxliyə olunan şəxslərin sayı 5807 nəfərə çatıb. Kelantan bölgəsində bu günə qədər sel və daşqınlar 5 min 636 nəfərə ziyan vurub, onlar xüsusi sığınacaqlara yerləşdiriliblər. Məlumata görə, güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi bütün əyalətlərdə təhlükəli şəkildə artıb. Belə ki, ən böyük çaylarından birində Golok çayında suyun səviyyəsinin, təhlükə həddinin 9 metrdən 10,47 metrə çatdığı qeyd olunur.