Malayziyada 35 şiə saxlanılıb - FOTO
Malayzianın Johor Bahru əyalət polisi cümə axşamı (dünən gecə) 35 şiəni həbs edib. Maide.Az xəbər verir ki, Əhli –Beyt (ə) ardıcılları cümə axşamı toplaşaraq Kumeyl duası oxuyarkən polis onların toplaşdığı yeri bağlayıb və özlərini həbs edib. Malayziya şəriət məhkəməsi bu gün saxlanılan 35 şiə haqqında qərar çıxaracaq. Qeyd edək ki, bir müddət öncədə İmam Hüseynə (ə) əzadarlıq saxlamaq istəyən ata və oğul Malaka əyalət polisi tərəfindən saxlanılmışdı. Polis həmçinin Aşura axşamı Malayziyada yaşayan 30 pakistanlı şiəni həbs etmişdi ki, onlardan 22 nəfəri şəirət məhkəməsinə göndərilib. Malayziyada Əhli-Beyt (ə) ardıcıllarına qarşı bundan öncədə təzyiqlər olmudu. Belə ki, Malayziyada fəaliyyət göstərən QHT-lər hökumətdən istəyib ki, şiələrədə də öz dini ayinlərini yerinə yetirməyə icazə verilsin. Malayziya məhkəməsi saxlanılan şəxsləri günahkar hesab edərsə onlar 1200 dollar cərimə və 3-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.