Maide.az

Makron Rusiyaya səfər edəcək

Fransa prezidenti Emmanuel Makron Rusiyaya səfər edəcəyini təsdiq edib.   Trend-in məlumatına görə, Fransa prezidenti "BFMTV" telekanalına müsahibəsi zamanı səfərin may ayında baş tutacağını bildirib.    Qeyd edək ki, daha əvvəl Emmanuel Makronun Moskva və Sankt-Peterburqa səfər edəcəyi bildirilirdi.     Suriyaya endirdiyi zərbələrdən sonra Fransanın XİN rəhbəri Jan-iv Le Drian bildirmişdi ki, Makronun Rusiyaya səfəri dəqiqdir.