Maide.az-ın kitabxanasına yeni kitablar əlavə olundu
Hörmətli oxucular! Maide.Az-ın Kitabxanasına 2 ədəd kitab əlavə olunub. Kitablardan biri Ayətullah Məkarim Şirazinin "BİZİM DİNİ ƏQİDƏMİZ" adlanır. Kitab İslam dininin hazırkı əsrdə dünya xalqlarına nə dediyini, nə kimi yeniliklər bəxş etdiyini anlamaq istəyir. Belə bir əhəmiyyətli və həssas bir zamanda bizim vəzifəmiz İslamı olduğu kimi, sadə ibarələrlə xalqa çatdırmaq, olduqca ali elmi terminlər və başa düşülməsi çətin olan kəlmələrdən istifadə etmədən, İslamı insanlara öyrətməkdir. Digər kitab isə Seyid Əbül-Hüseyn Şərəfuddin Musəvinin "ƏL-MURACİAT" kitabıdır. Müəllif qeyd edir ki, kitabda yazılanlar yeni fikirlər deyil, iyirmi beş il bundan əvvəlin yazılarıdır. Bu gün parladığı kimi, elə o günlərdə mətbuatda parlamalı idi. Lakin bir sıra çətinliklər və böyük maneələr yolunun üstündə yaratdılar. Buna görə də müvəqqəti gözlərdən gizləndi. Lakin zamanın qəflətindən istifadə etməyə çalışırdı, pərakəndəliyini toplamaq və nöqsanlarını təkmilləşdirmək üçün, fürsət axtarırdı. Çünki hadisələr onun nəşrini təxirə saldığı kimi, sahmanını da pozmuşdu.