Maide.az

Maide.az-ın kitabxanasına 2 yeni kitab yüklənib

Maide.az-ın "KİTABXANA"sına 2 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin "Allahın varlığının isbatı" kitabıdır. Kitab göstərilir ki, qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman gətirmiş, Ona ibadət edib qəlbən məhəbbət bəsləmiş və Onunla qırılmaz rabitədə olmuşlar. Eləcə də bu dərin bağlılıqlarını bütün varlıqları ilə duyub hiss etmişlər.   Digər kitab "Təthir" ayəsinin təfsiridir. Kitab Ayətullah Fazil Lənkərani tərəfindən qəlmə alınıb. Müəllif yazır ki, Qurani-Kərimdə "keçmiş ümmətlərin tarixi" ünvanı ilə bəyan edilən hadisələrdən həmin ümmətlərin xoşbəxt olmaları, yaxud fəlakətə düşmələri əqli və ya təbii səbəblərdən hesab edilməsi bir sıra amillər nəticəsində olması aydınlaşır. Bu isə Qurani-Kərimin bəşəriyyət üçün gətirdiyi həyat proqramının ictimaiyyətdə icra olunmasını düzgün və əqləuyğun sənəd olmasını sübut edir.