Maide.az

Mahmud Abbas Trampın Fələstin planına görə BMT Təhlükəsizlik Şurasına gedir

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasına yola düşəcək.   Bu barədə Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur məlumat verib.   Bildirilib ki, Mahmud Abbas Fələstinin rəsmi şikayətini bildirmək üçün iki həftə sonra şəxsən özü Nyu-Yorka BMT TŞ-a gedəcək.   Qeyd edək ki, Trampın Fələstin planı başda müxtariyyət olmaqla bütün fələstinli hərəkatları və əksər ərəb dövlətlərini qəzəbləndirib.   Trampın Fələstin planına görə Ərəb Dövlətləri Liqası da toplantı keçirəcək. /SalamNews