Maide.az

Mahmud Abbasdan ABŞ və İngiltərəyə sərt tənqid

Fələstin rəhbəri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı xüsusi iclasında çıxış edib.   Maide.Az Parstoday-a istinadən xəbər verir ki, M.Abbas Fələstində törədilən zülm və cinayətlərin əsas səbəbkarının İngiltərə olduğunu deyib.   O, ABŞ-ın da bu mövzuda ikili standartlı yanaşmasını da tənqid edib:   "Fələstin probleminin həll edilməsi üçün çoxtərəfli beynəlxalq mexanizma qurulmalı və Fələstin BMT-yə üzv kimi qəbul edilməlidir", - deyə Abbas çağırış edib.   O, sözlərinə əlavə edib ki, bu vaxta qədər Fələstinlə bağlı 700-ə yaxın bəyannamə və Təhlükəsizlik Şurasında onlarla qərarnamə verilsə də, işğalçı İsrail tərəfindən yerinə yetirilməyib.   M.Abbas son olaraq Fələstinin müstəqilliyinin rəsmən tanınmasını istəyib