Maide.az

Mahir Şükürov Türkiyədə məşqə buraxılmadı

Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubunun düşərgəsinə qayıdıb.   O, hazırda İzmirdə olsa da, PTT 1-ci liqanın növbəti turu çərçivəsində “Adana Dəmirspor”la oyuna hazırlaşan komandasının məşqinə buraxılmayıb.   Buna səbəb onun millimizdən düşərgəsindən 3 gün gec qayıtması göstərilir. Baş məşqçi əvəzi Ayhan Akman ona klubun bazasını tərk etməyi tapşırıb.   Türkiyə klubunun Mahir Şükürovu buna görə cəzalandırması gözlənilir.