Maide.az

Madriddə Qüds günü ilə bağlı tədbir keçiriləcək

İspaniyanın paytaxtı Madriddə Qüds günü ilə bağlı tədbir keçiriləcək.    Maide.Az İQNA-a istinadla xəbər verir ki, tədbirdə ictimai və siyasi şəxslər, alimlər və jurnalistlər iştirak edəcək.    Ramazan ayının son cümə günü – Qüds günü keçiriləcək tədbirdə  müsəlmanlar arasında vəhdət, sionist rejimin cinayətləri və bu cinayətlərin dayandırılmasının zəruriliyi və Fələstin xalqına dəstək və digər məsələlər haqqında müzakirələr ediləcək.