Maide.az

Madaqaskarda möhtəşəm Aşura yürüşü - FOTO

 Hicrətin 61-ci ilində məhərrəm ayının 10-da Kərbəla çölündə amansızcasına qətlə yetirilən Pəyğəmbər (s) nəvəsi İmam Hüseyn (ə) və 72 yavərinə dünyanın hər yerində müsəlmanlar küçələrə axışaraq matəm məclisləri, yürüşlər keçirir.   Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, Afrika ölkəsi olan Madaqaskarın paytaxtı Antananarivuda Əl-Mustafa Universitetinin müəllimləri ilə minlərlə Əhli-Beyt (ə) sevdalısı Aşura günü matəm yürüşündə iştirak etmək üçün küçələrə çıxıblar.   Yürüş boyu şüarlar səsləndirib, mərsiyə deyib əzadarlıq edən müsəlmanlar, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə göz yaşı töküblər.   Yürüş başa çatdıqdan sonra Əhli-Beyt (ə) sevdalıları qana ehtiyacı olan insanlar üçün təşkil olunmuş qanvermə aksiyasına qatılıblar.