Macarıstanda son iki ayda 81 nəfər donaraq ölüb
Macarıstanda dekabr və yanvar aylarına 81 nəfər həyatını itirib. Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki, Macarıstanda son 10 ildə 2500 nəfər donaraq ölüb. Donaraq ölənlərin əksəriyyətinin küçələrdə deyil, isitmə sistemi normal olmayan evlərdə donaraq öldüyü bildirilir. Xəbərdə evsizlərə yardım üçün qurulan Menhely vəqfinin direkotru Zoltan Aknai deyib ki, Macarıstanda evsizlərin sayı haqqında dəqiq məlumat yoxdur. “Aparılan son araşdırmaya görə, hazırda ölkədə təqribən 10 min evsiz var. Paytaxt Budapeştdə bələdiyyə, vəqflər və dini qurumlar tərəfindən 34 gecə sığınacağı fəaliyyət göstərir ki, onlarda 2308 evsizin gecələməsinə imkan var”. 2016-cı ildə aparılmış tədqiqata görə, Macarların təqribən 9.2 faizi lazimi şəkildə evlərini istiliklə təmin edə bilmir. Macarıstan statistika mərkəzinin məlumatına görə, ölkədə orta hesabla hər il 200-250 nəfər donaraq ölür.