Maide.az

Məkkədə İndoneziyalı din xadimi dünyasını dəyişib

İndoneziyadan olan din xadimi və alim  M.Zubeyr Məkkədə dünyasını dəyişib.    Maide.Az "islam-today"a istinadla xəbər verir ki, 90 yaşlı alimin vəfatı xəbərini onun oğlu Mərkəzi Yavanın qubernatoru  Tac Yasin  təsdiqləyib.     Qeyd edək ki,  M.Zubeyr İndoneziya müsəlmanları arasında böyük nüfuza sahib olub.  O həm də Mərkəzi Yavadakı  "Əl-Ənvar" adlı dini internat məktəbin rəhbəri idi.     İndoneziya prezidenti  Coko Vidodo alimin rəhmətə getməsi ilə bağlı ailəsinə başsağlığı verib.