Maide.az

Məsumlar (ə) övlad tərbiyəsi haqqında nə buyururlar?

Maide.Az məsumların  (ə) övlad tərbiyəsi haqqında kəlamlarını təqdim edir:    1. İmam Sadiq (ə): Övladlar arasında ədalətlə rəftar edin. (Biharul-ənvar, c.101, səh. 92)   2. Peyğəmbər(s) : Uşaqlara verdiyiniz vədlərə vəfa edin. Çünki onlar sizi öz ruzi verənləri hesab edirlər. (Vəsailuş-şiə, c. 5, səh. 126)   3. İmam Kazım (ə): Övladlarınızı döyməyin və uzun müddətə onlardan küsməyin.  (Biharul-ənvar, c.104, səh. 99)   4. Əmirəl-möminin (ə):  Övladı uşaqyana rəftarla tərbiyə etmək lazımdır.  (Vəsailuş-şiə, c. 5, səh. 126)   5.  Peyğəmbər(s): Uşaqlardan bacarıqlarından artıq bir şey istəməyin və onları nadan hesab etməyin. (Usuli-Kafi, c. 6, səh. 50)   6.  Peyğəmbər(s): Əks cins  altı yaşdan yuxarı qız uşaqlarını, yeddi yaşdan yuxarı oğlan uşaqlarını öpməməli və qucaqlamamalıdırlar. (Məkarimul-əxlaq, səh. 115)     7. İmam Sadiq (ə): Övladlarınızı çox öpün və onlara çox məhəbbət göstərin.  (Biharul-ənvar, c.101, səh. 92)