Maide.az

`Məscidi-Əqsa` uça bilər - Xəbərdarlıq

İşğalçı İsrail parlamentindəki ərəb deputat Camal Zahalka İsrailin həyatda keçirdiyi qazıntıların "Məscidi-Əqsa"nın uçmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq verib.   Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu İsrailin işğalı altında olan Qüdsdə yüngül 2 zəlzələnin baş verməsindən sonra söyləyib:   "Məscidi-Əqsa" min ildən çoxdur ki, zəlzələlərə baxnayaraq ayaqda qalıb. Lakin, indi onun ətrafında qazıntıların aparılması təhlükə yaradıb. Oranı beynəlxalq mühəndislər komissiyası araşdırmalıdır. Fələstin hökumətini də beynəlxalq qurumları dəvət etməyə çağırıram".