Maide.az

Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı adına layiq görülüb

"Liverpul"un və Misir milli komandasının yarımmüdafiəçi Məhəmməd Salah Rusiyanın Çeçenistan Respublikasının Fəxri vətəndaşı adına layiq görülüb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yarımmüdafiəçini Çeçenistanın başçısı Ramzan Kadırov təltif edib.   O, sosial şəbəkədəki səhifəsində yazıb: "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım."