Maide.az

Məhəmməd Salaha Məkkədə torpaq hədiyyə ediləcək

Böyük Britaniyanın "Liverpul" klubunda çıxış edən ulduz futbolçu Məhəmməd Salah Professional Futbolçular Assossasiyasının (PFA) ilin futbolçusu seçilərsə, Məkkə şəhərində ona torpaq hədiyyə ediləcək.  Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, İngiltərə Peşəkar Futbol Assosiasiyası 2017-2018-ci il mövsümündə ölkə çempionatının ən yaxşı futbolçusu kimi Məhəmməd Salahı seçib.   25 yaşlı misirli futbolçu bu titulun bütün namizədlərini, o cümlədən cari ildə qalib olan  "Mançestr Siti" klubunun 3 namizədini Kevin de Breyn, Leroy Sane və David Salvaunu ötüb.   "Liverpul" forvardı İngiltərə Premyer Liqasında 33 oyunda 31 qolun və 9 nəticəli ötürmənin müəllifi olub.