Maide.az

Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi

Sankt-Peterburq Mərkəzi məscidində döyülən gözətçi ölüb.   Maide.Az "Sputnik"-ə istinadən xəbər verir ki,  bu barədə Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, Sankt-Peterburqda məsciddə döyülmüş yaşlı kişi ağır yaralanmadan ölüb. Məlumata görə, şübhəli həbs olunaraq psixiatriya klinikasına aparılıb.   Daha əvvəl isə məlumat verilmişdi ki, Kronverksk prospektində yerləşən məsciddə 20 yaşlı gənc 1974-ci il təvəllüdlü gözətçini vəhşicəsinə döyüb. Şəxslər arasında baş verən mübahisənin səbəbləri araşdırılır.   Hadisə ilə bağlı "Qəsdən sağlamlığa zərər vurma, ehtiyatsızlıqdan zəzərçəkmişin ölümünə səbəb olma" maddəsi ilə cinayət işi açılıb.