Maide.az

`Məscidi-Əqsa` dağıla bilər

İşğalçı İsrailin "Məscidi-Əqsa"nın altında qazıntılar aparması məscidin bünövrəsinə zərər verib.   Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki,bu barədə Qüds Ali İslam Heyyətinin rəhbəri və  "Məscidi-Əqsa"nın xətibi Şeyx İkrimə Sabri məlumat verib.   Onun sözlərinə görə, qazıntılar davam edərsə, məscidin uçmaq ehtimalı var.   Ş.Sabri bildirib ki, sinoist rejim YUNESKO-nun qazıntı işləri bağlı qurduğu komissiyanın araşdırma aparmasına icazə vermir:   "Heç bir beynəlxalq işçi qrupu orada qazıntıları araşdıra bilmir. Əgər İsrail heç nə etmədiyini iddia edirsə, onda niyə beynəlxalq araşdırmaçıları ora buraxmır?"