Məhərrəm ayında vətəndaşlar polisə kömək edəcək - Əfqanıstanda
Məhərrəm ayı üçün ölkədə xüsusi təhlükəsizlik proqramı icra olunur Maide.Az xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi ölkənin müxtəlif şəhərlərində Məhərrəm ayında məscidlərin təhlükəsizliyini təmin etmək üçün yüzlərlə vətəndaşı polisə yardım proqramı çərçivəsində qeydiyyata alıb və onlara silah paylayıb. Bu barədə Əfqanıstan daxili işlər nazirinin müavini Səvrər Daneş məlumst verib. O, bildirib ki, Məhərrəm ayında təhlükəsizliyi möhkəmləndirmək üçün polisə silahlı vətəndaşlar yardım edəcəklər. Onlar məscidlərin ətrafında sabitliyi qoruyacaq, aylıq maaş və lazimi digər avadanlıqlarla təchiz olunacaqlar S.Daneş deyib ki, Əfqanıstanda son vaxtlar baş vermiş acı hadisələrdən sonra xalq polisin onları müdafiə etməyini gözləməmilidir. “Xalq xüsusi ilə gənclər öz bölgələrində məscidlərin təhlükəsizliyini təmin etməlidir.” Qeyd edək ki, Əfqanıstanda 3 milyon şiə var ki, terror qruplaşmaları indiyədək dəfələrlə onlara qarşı müxtəlif terrorlar həyata keçirib. Hökumət indiyədək təhlükəsizliyin təmini üçün lazimi addımlar ata bilməyib.