Maide.az

Məkkədə zəvvarların hotelində yanğın baş verib – FOTO

Bu gün Məkkə şəhərində Əl-Əziziyyə bölgəsində zəvvarların məskunlaşdığı  hotellərin birində yanğın baş verib.    Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, yanğın baş verən hoteldə Hindistandan olan zəvvarlar olub.    Yanğın bu gün səhər yerli vaxtla saat 07:31 dəqiqədə hotelin yeddinci mərtəbəsində baş verib. Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb və  391 zəvvar təxliyə olunub.    Xəsarət alanın olmadığı bildirilir.