Maide.az

Məsut Özil beşinci dəfə ilin ən yaxşı futbolçusu seçilib

28 yaşlı xavbek səsvermədə Toni Kroos və Yonas Hektoru qabaqlayıb   İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Almaniyada 2016-cı ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.   Bu barədə Almaniya Futbol İttifaqının məlumatında bildirilir.   Özil 54,5% səs toplayaraq milli komanda yoldaşı və "Real"ın xavbeki Toni Kroosu (33,9%) sanballı səs çoxluğu ilə geridə qoyub. Səsvermədə üçüncü yeri "Köln"in müdafiəçisi Yonas Hektor (4%) tutub.   Bu, Özilin altı il ərzində 5-ci mükafatı olub. O, yalnız 2014-cü ildə Toni Kroosa məğlub olub. (report) /