Maide.az

Məhəmməd Mursinin oğlu həbs olundu

Misir polisi ölkənin sabiq prezidenti Məhəmməd Mursinin oğlunu həbs edib.   Maide.Az xəbər verir ki,  Usamə Mursinin vəkili Əbdül-Münəm  Əbdül-Məqsud deyib ki, polislər onu  Əz-Zaqaziq şəhərində öz evindən tutub aparıblar.    Usamə Mursi  2013-cü ildə atasının devrilməsindən sonra yüzlərlə insanın ölümünə səbəb olan  etiraz aksiyalarının təşkilində ittiham olunur.    Bildirilir ki, Usamə Mursinin məhkəməsi  şənbə günü keçiriləcək.