Maide.az

`Məscid-ül-Həram` tunellər vasitəsilə Məkkədəki digər müqəddəs yerləri ilə birləşəcək

Məkkədəki "Məscid-ül-Həram" məscidi tezliklə tunel şəbəkəsi vasitəsilə müsəlmanların digər müqəddəs məkanları ilə birləşəcək.    Tunellər planı artıq Məkkə Regionunun İnkişaf İdarəsi tərəfindən təsdiqlənib.   Sənədə əsasən, xidməti tunellər "Məscid-ül-Həram"ın daxili həyətini Ərəfat dağı və Camaratla əlaqələndirəcək. Yeraltı keçidlər Müzdəlifə vadisindən çəkiləcək.   Tunellər planı Məkkə əmiri şahzadə Xaled əl-Feysalın sədrliyi altında Ciddədə keçirilən toplantıda təqdim edilib.   Plan yekun təsdiq üçün Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə təqdim olunacaq. Planın icra müddətini də o müəyyənləşdirməlidir.   Sənəd, həmçinin Mina vadisində dağ yamacında yaşayış binalarının tikintisini özündə ehtiva edir. Həmin ərazidə artıq altı bina ucaldılıb. Binalarda 12 minədək zəvvar qala biləcək. (salamnews)