Məscid əl-Əqsa bu gün FOTOLARDA
Yer üzündə Məscidi-Haramdan sonra tikilən ən qədim məscidlərdən biri də Məscid əl-Əqsadır. Tikilməsi Davud (ə) başlamış və Süleyman (ə) tərəfindən tamamlanmışdır. Məhəmməd Peyğəmbərin (s) meraca getdiyi müqəddəs məbəddir Məscid əl-Əqsa. Məscid əl-Əqsa Quranda mübarək məkan adlandırılıb, müsəlman aləmi üçün Məkkədən sonra ikinci müqəddəs məkan hesab olunur. Məscid əl-Əqsa, hicrətin 16-cı ayına qədər müsəlmanların qibləsi idi. Meracın ilk dayanacağı olan Məscid əl-Əqsa, bu gün Sionist İsrail rejiminin işğalı altındadır. Maide.Az Məscid əl-Əqsanın bu gün çəkilmiş fotolarını təqdim edir: Bura Məhəmməd Peyğəmbərin (s) atını bağladığı yerdir Məhəmməd Peyğəmbərin (s.ə.s) mehrabı Həzrət Zəkəriyya Peyğəmbərin (ə) mehrabı