Maide.az

Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da...

Yeni tədris ilinin başlanmasına 1 aydan da az vaxt qalıb. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar. Bəs şagird ləvazimatları satılan mağazalarda  Bakı Tikiş Evinin təqdim etdiyi məktəbli formaları neçəyədir?    Mağaza satıcısı Bəsti Aslanovanın sözlərinə görə, əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyəti çox aşağıdır.  “Ötən ilin fevral ayında baş verən devalvasiyadan sonra satışda azalma baş verdi. Ancaq bu il daha da pis oldu. Mağazaya gələn müştərilər qiymətlərlə maraqlanırlar və kor-peşman geri qayıdırlar. Əvvəllər avqust ayının 1-dən valideynlər məktəbli üçün alış-veriş edirdilər. İndi avqustun ortalarıdı, məktəbin açılmasına 1 aydan da az vaxt qalıb, amma demək olar ki, gələn yoxdu. Keçən ilə qədər keyfiyyətli ləvazimatlara daha çox üstünlük verilirdi. Amma sonradan qənaət etmək üçün ucuz və kiçik ləvazimatlar alırlar ki, digər ləvazimatlara da pulları çatsın. Elə biri mən, 300 manat maaş alıram, bunun da bir qismi yolpulu, yeməkpulu və digər xərclər üşündür. Yoldaşım da ustadı, iş olanda işləyir. İkimizin birlikdə evə apardığımız  məbləğ  500-600 manat olur. 2 uşağımız var, ikisinin birlikdə məktəb xərci ən azı 250 manat edir. Hələ məktəb başlayandan sonra əlavə xərclər də ortaya çıxır. Məcbur olub borc alıb, zorla yola veririk”.   Alıcı Mikayıl İsmayılov bildirib ki,  indiki dövrdə Azərbaycanda nəinki uşaq oxutmaq, hətta yaşamaq da çətindir. “Maaşı ayın əvvəli alıram, ona görə də gəldim indidən qiymətləri müəyyənləşdirim. Qiymətlər çox bahadı, 2 uşaq atasıyam. Uşaqların məktəb alış-verişi ən az 300 manata başa gələcək. Bu alış-veriş təkcə kitab-dəftərlə bitmir. Məktəbli forması, ayaqqabı da almalıyıq. Xərclər bununla bitsə nə vardı.... Dərslər başlayandan sonra hər gün uşaqlara yeməkpulu verilməlidir, testlər və əlavə kitablar alınmalıdır. Bunları nəzərə alanda,  kredit götürməyi fikirləşirəm. Çünki nə qədər hesablayıram, orta bir şey çıxmır”. Digər valideyn Nəzrin Abdullayeva deyir hələ maaşı almadığından qiymətlərlə maraqlanmayıb: “2 uşağım var, biri 5-ci, digəri isə 7-ci sinifdə oxuyur. Sentyabrın 1-dən sonra alış-verişə çıxmağı planlaşdırırıq. Çalışacağıq ki, uşaqlar üçün hər şey alaq. Qiymətlərdə bir az artım var. Keçən il iki uşağa ümumilikdə 280 manat xərcimiz çıxdı. Yəqin ki bu il daha da artıq olar. Çətinlik olsa da, bu alış-veriş vacibdir”.   Məktəb ləvazimatlarının qiymətini təqdim edirik. Ləvazimatın adı Qiyməti (AZN) Çanta 15-85 manat arası Dəftər   12 vərəqli 15 qəpik (sadə) – 25qəpik (üstü şəkilli, Rusiya istehsalı) 24 vərəqli 40 qəpik 48 vərəqli 60-80 qəpik 60 vərəqli 80 qəpik 96 vərəqli 1 manat Cild (kitab üçün)- 25-30 qəpik Cild (dəftər üçün) 10-20 qəpik Qələm 10 qəpikdən 3 manata qədər Xətkeş 40 qəpikdən -1.50 manata qədər, dəst 2.50 manat Qələmdan (çanta üçün) 2 manat 40 qəpikdən 8 manata qədər Qələmdan masa üçün 1.80 manat - 3.50 manat Rəngli karandaş (12 rəng) 2.50 - 8 manat arası Flomaster (12 rəng) 2-5 manat arası Boya (18 rəng) 1.50 - 4 manat arası Palitra 2.50-4 manat arası Fırça (1 ədəd) 40 qəpikdən 1.80 manata qədər Fırça (dəst) 3.50 manat - 11 manat Karandaşyonan 60 q - 3 man Plastilin (12 rəng) 1-10 manat Həndəsi fiqurlar 6-8 manat Rəngli kağız (16 kağız, hər rəngdən 2 ədəd ) 80 qəpik - 1.50 manat Albom 60 qəpik - 2.50 manat Pozan 30 q -1.20manat Adi karandaş 10 qəpik - 40 qəpik Qalın karandaş 50 qəpik Su qabları 3-5 manat Termos 3.50 - 10 manat Hesablama lövhəsi 2.50 - 3.50 manat Qovluqlar 40 qəpikdən 3.50 manata qədər Lövhə 2.50 - 7 manat Yapışqan 40 qəpik - 1.50 manat         BTE-nin təqdim etdiyi məktəbli formalarının qiyməti: I-VI siniflər VII-XI siniflər Ölçü Qiymət Ölçü Qiymət 26 50 manat 46 59 manat 28 50 manat 48 59 manat 30 50 manat 50 59 manat 32 50 manat 52 59 manat 34 50 manat 54 59 manat 36 50 manat   38 50 manat   40 50 manat   42 50 manat   44 50 manat                 Formanın tərkibi: I-VI siniflər üçün Kostyum 37 manat + jilet 6 manat + köynək 7 manat VI-XI siniflər üçün Kostyum 46 manat + jilet 6 manat + köynək 7 manat (Modern.az)/