Maide.az

Məhdəviyyət Doktrinası üzrə12-ci beynəlxalq konfrans keçirilir

Məhdəviyyət Doktrinası üzrə 12-ci  beynəlxalq konfrans yerli və müxtəlif ölkələrdən olan alim və mütəfəkkirlərin  iştirakı ilə  Qum şəhərində keçirilir.  Maide.Az xəbər verir ki, ABŞ, Kanada , İsveçrə, Əlcəzair, Hindistan, Misir, Suriya, Livan, İraq, Pakistan və digər bir neçə ölkədən "Məhdəviyyət Doktrinası üzrə 12-ci beynəlxalq konfransda iştirakçılar öz məqalələrini təqdim ediblər.  Konfransda ötən gün başlayıb və 2 gün müddətinə " İbrahimi Dinlərin baxışınca axırzamanın öngörüləri " məsələsini araşdırır. Bu konfransa qatılan təhqiqatçılar ümumilikdə 100  məqalə təqdim ediblər ki, onlardan  16 məqalə seçiləcək.  Bu konfransın katibi Höccətülislam Seyid Məcid Purseyyid Ağayi deyib: Bu konfransların təşkil olunmasının zəruriliyi məhdəviyyət mədəniyyətinin genişlənməsi, islam və ibrahimi şəriətlərində məhdəviyyət düşüncəsinin genişlənməsi üçündür. Çünki Məhdəviyyət islam cəmiyyətinin kimlik rəmzidir. Konfrans bu gün öz işini yekunlaşdıracaq.