Maide.az

Məşhəddə partlayış nəticəsində 3 nəfər ölüb

İranın Məşhəd şəhərində bu gün baş vermiş partlayışda 3 nəfər ölüb, 7 nəfər yaralanıb.   APA-nın İran bürosunun məlumatına görə, hadisə Məşhəd şəhərinin  Bəhmən küçəsində yerləşən yaşayış evində baş verib.   Yaralananların bir neçəsinin vəziyyəti ağırdır. Partlayış nəticəsində ev tamamilə dağılıb. Bundan başqa, ətrafdakı 3 evdə də dağıntılar olub, 20 evin isə şüşələri sınıb.   Partlayış nəticəsində evin kənarında park edilmiş 3 avtomobilə ziyan dəyib.   Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.