Maide.az

Mərkəzi Bank 7 banka 113 mln. dollar satıb

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. Nəticədə AMB tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 113,260 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.