`Məhəmməd Rəsulullah` filmi `Birlik` konfransında iştirak edən dini liderlərə nümayiş olunub
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiq (ə) doğum günü və “Vəhdət həftəsi” münasibətilə Tehranda keçirilən "Birlik" konfransının iştirakçıları “Məhəmməd Rəsulullah” filmini izləyiblər. Maide.az xəbər verir ki, Tehranda 29-cu Beynəlxalq İslami Vəhdət konfransı dekabrın 27-də öz işinə başlamışdı və bu gün konfransın bağlanış mərasimi keçirilib. `Məhəmməd Rəsulullah` filmi bağlanış mərasimindən öncə film konfrans iştirakçılarına nümayiş olunub. Konfransda dünyanın müxtəlif ölkələrindən 500-dən çox alim, siyasətçi və yazarın iştirak etdiyi bildirilir. /