Maide.az

Məscidul-Əqsada təhlükəsizlik tədbirləri gücləndirilib

Sionist rejim Məscidul-Əqsanın ətrafında fələstinlilərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.   Maide.az xəbər verir ki, sionist rejim hərbçiləri çərşənbə axşamı günü Məscidul-Əqsanın ətrafında və İordan çayının qərb sahilində şiddətli təhlükəsizlik tədbirləri görərək, fələstinli uşaq və gənclər arasında geniş həbslər aparıblar.   Fələstinli mənbələr də sionist qəsəbə sakinlərinin Məscidul-Əqsaya qarşı geniş basqınından xəbər veriblər.   Bildirilir ki, sionist rejim hərbçiləri təkcə ötən bir həftə ərzində Qüdsdə 130 fələstinlini həbs edərək, zindana salıb.   Qeyd edək ki, artıq üçüncü həftədir Məscidul-Əqsaya qarşı sonist rejimin hücumları davam edir.