Maide.az

Məscidə hücum edildi, 100 nəfər qətlə yetirildi

“Boko Haram” terror qruplaşması məscidə hücum edərək oruc açmağı gözləyən 100-ə yaxın müsəlmanı qətlə yetirib. Maide.az xəbər verir ki, hadisə Nigeriyanın Borno əyalətinin Kukava qəsəbəsində baş verib. Məsciddə 100-ə yaxın insanı öldürən terrorçular bununla da kifayətlənməyərək qəsəbədəki evlərə hücum ediblər, qadın və uşaqları da öldürüblər. Məlumat üçün bildirək ki, 2002-ci ildə Afrikanın ən çox əhalisinin yaşadığı (160 milyon) Nigeriyada qurulan “Boko Haram” həyata keçirdiyi terror hücumları nəticəsində minlərlə insanın ölümünə səbəb olublar./