Maide.az

Məkkədə 4 il öncə itmiş zəvvarın cəsədi tapılıb

Məkkədə 2010-cu ildə həcc ziyarətinə gəlmiş və itkin düşmüş müsəlmanın cəsədi tapılıb. Maide.az-ın Ərəbistan mediasına istinadən məlumatına görə, Mərhumun cəsədinin qalıqıarını ilk olaraq işçilər görüblər. Kriminalistlər cəsədin yanında onun 4 il öncə zəvvar olmasını sübüt edən qolbağ aşkar ediblər. "Cəsədə baxış keçirərkən biz bütün hacılara indentifikasiya məqsədləri üçün verilən qolbağ tapdıq"- polis əməkdaşı Mekki Əl-Qureyşi bildirib. Onun şəxsiyyəti hələki məlum olunmayıb. Polislər təxmin edirlər ki, müsəlman Müzdəlifə çölündə vəfat edib, cəsədi dərəyə düşüb və leysan yağışlar nəticəsində onu tapmaq mümükün olub. Lakin 4 il ərzində mərhumun  haqqında heç kəs maraqlanmayıb. //