M.İştiyyə: Tubas şəhərində 11 evin uçurulması nəticəsində 35 fələstinli uşaq didərgin düşüb
Fələstinin baş naziri Məhəmməd İştiyyə İsrail hərbcilərinin İordan çayının qərb sahilində, işğal olunmuş ərazilərdə yerləşən Tubas şəhərində 11 müsəlman ailəsinin evlərinin dağıdılmasına pisləyib. Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, O deyib ki, işğalçı İsrail rejim qüvvələrinin hücumu nəticəsində 11 ev darmadağın olub, 85 nəfər evlərindən didərgin düşüb ki, onlardan 35 nəfəri uşaqlardır. M.İştiyyə beynəlxalq ictimaiyyətə müraciət edib və dünyanı fələstin xalqını müdafiə etməyə çağırıb. İsrail tərəfindən fələstinlilərin hüquqları pozulur, evləri dağıdılır. Qeyd edək ki, ötən gün siosnit rejim işğal edilən Qərb Şəriyənin şimalında 11 fələstinlinin evini uçurub. Qüdsün yəhudiləşdirilməsi məqsədi ilə aparılan dağıntı işlərində fələstinlilərin rəsmi icazəsiz ev tikməsi bəhanə göstərilib. Fələstin Rəsmi Statistikasına əsasən, işğalçı İsrail rejimi cari ildə fələstinlilərə məxsus 500 -dən çox evi və infrastrukturu dağıdıb. BMT Təhlükəsizlik Şurası işğalçı İsrail rejiminin bu cinayətlərinə etiraz etsə də Tel-Əviv BMT qətnamələrinə məhəl qoymur.