Maide.az

Lufthansa Bakıya uçuşları bərpa edəcək

Almaniyanın Lufthansa aviasiya şirkəti Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə uçuşları bərpa edir. Şirkətin sentyabrın 1-dən oktyabrın 24-nə qədər uçuş həyata keçirmək tələbi təmin edilib.   Bakı Beynəlxalq Hava Limanından verilən məlumata görə, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri həyata keçiriləcək. Sərnişinlər reyslərə müəyyən şərtlər əsasında buraxılacaq.   Belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər Bakıya gələ biləcək:   - Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşları və rəhbərləri və onların ailə üzvləri;   - Ailə üzvləri (həyat yoldaşları, valideynləri və ya azyaşlı uşaqları) Azərbaycan vətəndaşı olan əcnəbilər;