Maide.az

İlqar Məmmədov azadlığa buraxıldı-FOTO

Bu gün Şəki Apellyasiya Məhkəməsi REAL Partiyasının lideri İlqar Məmmədovu şərti azadlığa buraxıb.   Məhkəmə cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.   Xatırladaq ki, siyasi məhbus İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.   Avropa məhkəməsi onun həbsinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət indiyədək bu qərarları icra etməmişdi.(contact.az)