Maide.az

London və Stokholmdə `Əyyami Fatimiyyə` mərasimi təşkil olunacaq

Londonda Britaniya İslami Mərkəzi tərəfindən Həzrət Peyğəmbərin (s) gözünün nuru, iki dünya xanımı həzrət Fatimə-Zəhraya (s.ə) əza məclisi təşkil olunacaq.    Maide.Az xəbər verir ki, əza məclisi bu gündən 3 gün müddətinə davam edəcək. Məclis yerli vaxtla saat 20:00 da başlayacaq .    Məlumata görə, İsveçin Stokholm şəhərində yerləşən İmam Əli (ə) adına olan islami mərkəzdə də Həzrət Fatimə-Zəhraya (s.ə) əza məclisi təşkil olunacaq.    Stokholm şəhərində 3 gün müddətinə təşkil olunacaq əza məclisi yerli vaxtla saat 19:00-da başlayacaq.    Hər iki məclisdə Quran tilavət olunacaq və xətiblər həzrət Fatimənin (s.ə) həyat və fəzilətindən məclis iştirakçılarına məlumat verəcək.    Stokholmda həmçinin Həzrət Fatimənin (s.ə) ziyarətnaməsi qiraət olunacaq.