London metrosunda anti-İsrail afişaları
London metrosunda asılan afişaların üzərində sionist israil rejim əleyhinə müxtəlif şüarlar yazılıb xüsusi ilə “Aparteid böyüyür” şüarı yazılıb. Maide.az xəbər verir ki, London metrosunda 500 qatarın üzərində quraşdırıılan bu afişaları 4 milyondan çox sərnişin görüb. Afişaların üzərində həmçinin İngiltərənin təhlükəsizlik təşkilatının və BBC-nin işğal olunmuş Fələstin ərazilərində fələstinlilərin ölümü ilə bağlı məqsəd yönlü xəbərlərini tənqid edən şüarlar da yazılıb. Bundan başqa afişaların üzərində İsrail rejiminin 2014-cü ildə Qəzzaya hücumları pislənilib. İsrailin aparteid rejimi əleyhinə qeyd olunan bu həftə Tel-Əviv rejiminnin Qərb sahilində qanunsuz qəsəbə siyasətlərinə etiraz məqsədi ilə keçirilir. Bu etiraz həftəsi 2005-ci ildən dünyanın müxtəlif ölkələrində təşkil olunur. İnsanlar İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətləri pisləyirlər. İnsan haqları təşkilatlarının məlumatına görə, İsrail rejimi 2005-ci ildən indiyədək Fələstinin 400 hektar ərazisini güclə işğal edib və İsraillilər üçün qəsəbə tikib. BMT-nin məlumatına görə, işğalçı İsrail rejiminin bu siyasətləri nəticəsində minlərlə fələstinli evlərindən didərgin düşüb. Qeyd edək ki, London şəhər nəqliyyat təşkilatının sədri deyib ki, bu afişalar qanunsuz metroda yapışdırılıb və həmin afişaların toplanması istiqamətində işlərə başlanılıb. /