Maide.az

Londonda tramvay aşıb, 40 nəfər xəsarət alıb

Londonda tramvay aşıb.   APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 40 nəfər xəsarət alıb.    Hələlik 5 sərnişin aşmış nəqliyyat vasitəsindən çıxa bilmir.    Hadisə yerində yanğınsöndürənlər, polis əməkdaşları və həkimlər işləyirlər.