Londonda qədim Quran nüsxəsi hərraca çıxarılır
Dünyanın aparıcı hərrac evi hesab olunan “Christie’s” (Kristi) qədim Quran nüsxəsini və Osman ibn Affana (üçüncü xəlifə) mənsub olan Quranın səhifələrini satmaq məqsədilə Londonda beynəlxalq hərrac təşkil edəcək. Maide.az xəbər verir ki, hərraca çıxarılacaq qədim Quran nüsxəsi 14 –cü əsrə aiddir və ilkin qiyməti 12 min dollardır. Hərracda Osman ibn Affana mənsub olan Quranın 3 səhifəsi satışa çıxarılacaq ki, ilkin qiyməti 44 min dollardır. Bu beynəlxalq hərrac aprel ayının 21-də Londonda təşkil olunacaq. /