Londonda `Müsəlmanların nəzərində məzhəblərin birliyi` adlı seminar keçirilib
Britaniyanın İslam Mərkəzində "Müsəlmanların nəzərində məzhəblərin birliyi" adlı ilk beynəlxalq seminar keçirilib. Britaniya İslam Mərkəzinin rəhbəri Məhəmməd Əli Şomali çıxışında İmam Xomeyninin (r) qadınlar haqqında dediyi fikirləri xatırladıb və bildirib ki, qadınlar cəmiyyətin yarısını təşkil edirlər, cəmiyyətin digər yarısını isə dünyaya gətirib, tərbiyə edirlər. Buna görə də qadınların ictimai həyatda rolunu genişləndirmək,inkişaf elətdirmək lazımdır. Müsəlman cəmiyyətinin xidmətçiləri, vətəndaş təşkilatlarının fəaliyyətlərini dəstəkləyirlər. Müsəlman qruplar arasında birliyi yaratmaq və qorumaq üçün təşəbbüsləri dəstəkləmək bizim dini və ideoloji borcumuzdur." İslam Məshəblərinin Birliyi Dünya assambleyasının baş katibi Mohsen Əraki seminarda çıxış edərkən, məhərrəm ayının gəlişini xatırladıb. Bu ayın ədalətsizlik və zülmlə mübarizə ayı olduğunu bildirib. İmam Hüseyn (ə)-ın məqsədi zülmün kökünü kəsmək,ədaləti bərpa etmək olub, və onun ardıcıllarının da vəzifəsi bu məkətəbi yaşatmaq və davam etdirmək olduğunu deyib. //