Londonda mer seçkilərində müsəlman namizəd liderdir
Yaxın bir neçə həftə ərzində Londonda mer seçkiləri keçiriləcək. Maide.az xəbər verir ki, son rəy sorğusunun nəticəsəinə görə, London şəhər meri namizədləri arasında müsəlman Sədiq Xan digər rəqibləri ilə müqayisədə liderdir. Əgər Sədiq Xan lazimi səs toplayıb mer olarsa Londonun ilk müsəlman meri adını qazancaq. Qeyd edək ki, bundan öncə Avropa ölkələri arasında Hollandiyanın Rotterdam şəhərində 2009 –cü ildə müsəlman namizəd qalib gəmiş və Rotterdamın meri seçilmişdi.