Londonda Mübarək Ramazan ayı münasibəti ilə Quran yarışması keçiriləcək
Londonda Mübarək Ramazan ayı münasibəti ilə Quran yarışması keçiriləcək. Maide.Az xəbər verir ki, İngiltərə İslami Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək18-ci dövr Quran müsabiqəsi Ramazan ayının 26-27-də Londonda İslami Mərkəzin ofisində təşkil olunacaq. Müsabiqə Quran qiraəti, əzbərlənməsi və təsiri üzrə təşkil olunacaq. Quranın hifzi üzrə 15 yaşdan aşağı və 15 yaşdan yuxarı yeniyetmələr arasında 7 qrup yarışacaq. Qiraət üzrə yarışlarda həm qızlar və həmdə oğlanlar iştirak edəcək. Həmçinin Bəyyinə surəsinin təfsiri üzrə gənclər yarışda iştirak edəcək. Bu yarışlar hər il Ramazan ayında İngiltərə İslami Mərkəzi tərəfindən gənclər arasına Quranla ünsiyyət yaratmaq məqsədi ilə təşkil olunur. Mübarək Ramazan ayı boyunca bu mərkəzdə Quran təlimləri kursları da təşkil olunur.