Maide.az

Londonda Eko-Məscidlər mövzusunda seminarı keçiriləcək

Yanvar ayının 24-də İngiltərənin London şəhərində "Eko-Məscidlər" mövzusunda seminarı keçiriləcək. Maide.Az İQNA-a istinadla xəbər verir ki, seminarın mövzusu məscidlərin ətraf mühitin qorunmasında və ətraf mühitin çirklənməsinin azaldılmasında rolu olacaq. İngiltərə Müsəlmanlar Şurası bu seminarı Cümə günü "eko-məsicdlər: keçmişdə, indi və gələcəkdə" adı ilə "Əbrar İslam Mərkəzi"ndə keçiriəcək. Seminarda mövzulya uyğun suallara cavab veriləcək, eko-məscidin xüsusiyyətləri barədə maarifləndirmə aparılacaq və bu barədə mövcud problemlərin həlli yolları araşdırılacaq. Qeyd edək ki, Londonun 80 km-də yerləşən Kambric məscidi Avropanın ilk eko-məscidi hesab edilir. Bu məscid İngiltərədə 2019-cu ilin ən yaxşı tikililəri arasında ilk 10-luqda yer alıb. Bir dəfədə 1000 nəfərin namaz qıla biləcəyi məscidin tikilişində ağac və mərmər daşından istifadə edilib. Məscidin elektrik enerjisi Günəşlə təmin edilir.